Kiçik və orta bizneslər üçün konsultasiya
90 dəqiqəlik fokuslu sessiya: biznes diaqnozu, strateji optimallaşdırma və inkişaf xəritəsinin yaradılması.
Marketinq · Satış · Maliyyə
Bazarın əsas biznes problemlərindən olan satışın artırılması, mənfəətin artırılması, biznes proseslərin optimallaşdırılması, biznesin inkişafı və s. üzrə yerli bizneslərə premium kommersiya xidmətlərimi təklif edirəm. Şirkətin kommersiya auditindən tutmuş, satış və satışdan sonra loyallıq mərhələsini əhatə edəcək qədər geniş və kompleks xidmət paketlərim mövcuddur.
Kiçik və orta bizneslər üçün fokuslu konsultasiya, iri şirkətlər üçün isə tam kommersiya dəstəyi.
90 dəqiqəlik fokuslu sessiya: biznes diaqnozu, strateji optimallaşdırma və inkişaf xəritəsinin yaradılması.
Şirkətin modelinə, fəaliyyətinə və vəziyyətinə uyğun tam kommersiya dəstəyi.
Fərdi və korporativ təlimlər. Hər proqram səviyyəyə və məqsədə uyğun qurulur.
Bazarın əsas biznes problemlərindən olan satışın artırılması, mənfəətin artırılması, biznes proseslərin optimallaşdırılması, biznesin inkişafı və s. üzrə yerli bizneslərə premium kommersiya xidmətlərimi təklif edirəm. Şirkətin kommersiya auditindən tutmuş, satış və satışdan sonra loyallıq mərhələsini əhatə edəcək qədər geniş və kompleks xidmət paketlərim mövcuddur.
Əsas kompetensiyalarım və uğurlu təcrübələrim olmuş real biznes situasiyalarına nümunə olaraq aşağıdakı vəziyyətləri göstərə bilərəm: yeni şirkətin bazara daxil edilməsi, yeni brend/məhsul kateqoriyasının bazara daxil edilməsi, satışların artırılması, minimal marketinq büdcəsi ilə satışların artırılması, böhran vəziyyətində biznes proseslərin idarə edilməsi, biznes proseslərin optimallaşdırılması, təşkilati strukturun qurulması və s.
Satışların zəif olmasının çox vaxt səbəbini satış əməkdaşlarında görsələr də, problem daha əvvəllərdən sahibkarın və marketinq (varsa) heyətinin səhvləri ilə başlayır. Mən, öncə şirkətləri kommersiya auditi edirəm, daha sonra isə problemi və həll istiqamətdə tədbirlər planını təqdim edirəm və icraya tam dəstək oluram.
Bu, Azərbaycan bazarında mikro-dan iri biznes subyektlərinə qədər geniş yayılmış problemdir. Çox vaxt isə səbəbi ortalama müştəri əldə etmək üçün çəkilən xərcin, ortalama marjinallıqdan yüksək olması ilə əlaqədar olur. İlkin kommersiya auditindən sonra satış və marketinq büdcəsini (əmək haqqı, reklam büdcəsi və s.) optimallaşdırmaq və marjinallığı artırmaq istiqamətində peşəkar konsept hazırlayıb bizneslərə təqdim edirəm və icraya tam dəstək göstərirəm.
Bu birbaşa olaraq maliyyə və kommersiya idarəçiliyinin pərakəndə şəkildə olduğunu, müştəri ilə münasibətlərin idarə edilməsi zamanı şirkətin “maliyyə sağlamlığı”nın nəzərə alınmamasının nəticəsidir. Kağız üzərində mənfəət var, lakin nə kassada, nə də bank hesabında pul yoxdur.
Nisyə verilən məhsullar, gecikdirilmiş ödənişlər, ilkin ödəniş şərtlərinin hesablanmamış təsdiqlənməsi, xərc strukturu, maliyyə prioritetliyinin olmaması və s. buna səbəbdir.
Adətən ilkin auditdən sonra şirkətə idarə edilə biləcək bir biznes plan, tərkibində biznes proseslər, bazarı və müştəriləri nəzərə alaraq hazırlanmış müştəri münasibətlərinin idarə edilməsi proseduru, borc yaşlanma mexanizmi və s. təhvil verilir və icraya tam dəstək göstərilir.